Bu
gün ümumdünya kənd qadınları günüdü. Biz də dedik bir gecəni həsr eliyək bu
mövzuya. Kənd qadını, şəhər qadını, meqapolis qadını, rayon qadını, ştat qadını
- belə ayırıma ehtiyac var?
R: Ayrıma
ehtiyac var deyəndə ki, əlbəttə var. adicə şəhər qadınları özləri özlüyündə bir
neçə qrupa bölündükləri halda, deməli, buna da bir yerdə, hətta ciddi məqamlarda
ehtiyac yaranır.
E: Statistika idarəsində işləmirəm, mənimçün önəmli deyil. Amma
statistiklər, sosioloqlar, psixoloqlar üçün önəmli ola bilər. Mühit də insanın
formalaşmasında asshsjs. Realist olmaq lazımdı. Hər nə qədər bütün insanlar bərabərdi,
hamı eyni olmalıdı desək də, bunun belə olmadığını yaxşı bilirik. Təəssüf ki,
hazırda kənd qadını geri düşüncəni təmsil eliyir. Şəhər qadını da o qədər irəli
gedib ki, yenidən kənd qadınından daha aşağı levelə çatıb. Amma təbii ki, istənilən ümumiləşdirmə
yanlışdı və istisnalar həmişə var. Fərdi söhbət olmadığıyçun çoxluqla ölçməli
oluruq məsələni.
R: Əgər qadınlara sosioloji incələmələrə əsasən yanaşsaq, hər bir qadın
(kəndli, şəhərli) tamam fərqli mövqelər ortaya qoyacaqlar. Kənd qadınları əsasən
sadəlövh, verilənlə razılaşan olursa, şəhər qadınları bir o qədər tamarzı,
tamahkar, çoxbilən, verməklə yanaşı almağı da önəmsəyən tipajlardır. Yemək
bişirməsindən tut, ta yatağa qədər kənd və şəhər qadınları arasında bənzərsiz
elementlər çoxdur. Kateqoriyaya böldüyümüz hər iki qadına kənardan bir baxış
keçirsək məncə, çox məqam açıq şəkildə ortaya çıxar. məsələn; kənd qadını
qonaqsevər, qoçaq, taleyi ilə qismən də olsa barışmış olur. Şəhər qadınları isə
bir növ istəklərinə yetməmiş görünüşdə olurlar. bir şeyi əldə etdikləri zaman
daha irəlidəkini arzulayır və hər zaman gözəl qalmaq, cazibədar görünmək üçün əllərindən
gələni edirlər.
E: Sosioloji analiz maraqlıydı, əksər sözlərlə də razıyam. Mən belə
müqayisə də aparardım. Şəhər qadını kapitalizmi təmsil eliyir. Bəzək, tac,
qızıl, aristokrat davranış və s. Amma bu təbəqə şəhər qadınlarının cəmi 5%-ni əhatəliyir.
Yerdə qalanların çoxu ac, tamahkar, sadəcə gündəlik yemək düşünən və s. İkincisi, şəhər qadını, kənd qadını
anlayışları sadəcə məkan ifadə eləməli olsa da, bununla kifayətlənmir. Həyat tərzini
müəyyənləşdirir. Hətta insanların intim həyatı da mühitə uyğun formalaşır.
R: Qadınlar orta yaş qrupuna daxil olduqları zaman menopoz xəstəliyi ilə
üzləşirlər. Amma hansı kənd qadınını dindirsən heç bunun fərqində belə olmayıb.
Kənd qadınları üçün tarlada işləyərək günün onların bədənini yandırması, uşağı
qeyri-normal yollarla əzab-əziyyət içərisində evdə dünyaya gətirməsi, iki həftədən
bir kişinin ona sürtünərək saçına-başına sığal çəkmədən intim əlaqədə olması nə
qədər normaldırsa, şəhər qadınları dırnaqlarının qırılmasına belə sarsıntı
keçirirlər, nəinki menopoza daxil olmaqlarını. onlar üçün adətdən kəsilmək bir
növ faciədir. Kişinin cinsi orqanını hiss etməmişdən əvvəl, dil və əllərini, xəfif
nəvazişlərini hiss etmək istərlər vücudlarında.
E: Kənd – şəhər modelinin daha geniş miqyaslısı Azərbaycan və Avropa
anlayışlarıdı. Birinci ikinci kimi yaşamaq istəyir, fərqli mədəniyyətlə tanış
olub müasirləşmək istəyərkən barıtını çox eliyir. Bu da iyrənc mənzərə yaradır.
Geridəqalmışlıq, mentalitet, müasirlik kimi fikirlərin olmasının bir səbəbi var
– ümumi dəyərlərin varlığı. Əxlaq, etika, tərbiyyə - bunlar fərdin baxışına
uyğun formalaşmalıdı. Yeridilən fikirlər zamanla paradosk yaradır və nəticədə
insanlardan dəyərdən uzaqlaşmır, ona tüpürür. Kəsəsi, demək istədiyim odu ki, kənd
qadını, şəhər qadını əsrlərdi streotip kimi formalaşıb və hazırda assimilyasiya
prosesi gedir. İndi kəndlər şəhərə inteqarasiya eliyir. Kompüter, internet əsri,
qlobalizm bu fərqləri aradan götürəcək. Zəif dəyərlər dəbdən düşəcək, güclü və
ya hansısa propaqandayla yeridilən dəyərlər yaşayacaq və həm kənd, həm də şəhər
qadınını əhatə eliyəcək. Hətta Azərbaycanda Xınalıqla Nyu York arasındakı fərq
də aradan qalxacaq. Conun firması bütün qadınlar üçün eyni köynəklər, eyni
şalvarlar, eyni alt paltarları istehsal eliyəcək.
R: Azərbaycan və avropa qadını dedin və bununla çox yaxşı məqama
toxundun. Azərbaycan qadını kənd, avropa qadını şəhər qadını rolunu oynayır müəyyən
prizmadan yanaşsaq. Əslində, bu ayrımı salmaq insanların bir-birləri qarşısında
aciz qalmaqları məcburiyyətindən yaranıb. Necə ki, paleolit dövründə insanlar təbii
təlatümlərə qarşı ittifaq yaratmışdılarsa, sonradan illər, əsrlər keçdikcə daha
yeni mütəşəkkil formaları yarandı. Daha sonra insanlar heyvanları, təbii fəlakətləri
buraxıb bir-birlərinə qarşı qruplaşdılar. Ən əsası da odur ki, qadınların da öz
aləmlərində yaxşı ər və pis ərə sahib qadın deyə böldükləri bir qisim qadın
prototipləri var. Hansı qadın qarnı, gözü, könlü doyursa, bu çox ehtimal ki, şəhər
qadınları içərisində olur, hansı ki, az görmüş, maddi-mənəvi doymamış olurlarsa
bunlar da əsasən kənd qadınları.